Misirdə ekstremist qrup zərərsizləşdirilib

Misirdə ekstremist qrup zərərsizləşdirilib
19:17 27 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Misir təhlükəsizlik qüvvələri Suveyş şəhərində ekstremist qrupu zərərsizləşdirib.

APA-nın "Əhbar əl-Youm" portalına istinadən verdiyi məlumata görə, Misir Daxili İşlər Nazirliyi  ekstremist qrupun Sinay yarımadasındakı terrorçularla əlaqəli olduğunun və dövlət orqanlarına, polisə qarşı terror aktları planlaşdırdığının üzə çıxdığı barədə məlumat yayıb.
 
Ekstremist qrup həm də partlayıcı qurğu hazırlamaqla məşğul olub. Sorğu zamanı saxlanılanlar elan edilən ittihamları qəbul ediblər.
 
Qeyd edək ki, Misir iki ildən artıqdır ki, mürəkkəb coğrafi şəraitə malik olan Sinay yarımadasının şimalında cəmləşən terrorçu qruplara qarşı antiterror əməliyyatı aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR