Aktobeki terror hücumunun 7 iştirakçısı ömürlük həbs cəzasına məhkum edilib

Aktobeki terror hücumunun 7 iştirakçısı ömürlük həbs cəzasına məhkum edilib
16:02 28 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Qazaxıstan Aktobe vilayətinin inzibati mərkəzi olan Aktobe şəhərindəki terror hücumunda iştirakda ittiham edilən 7 nəfər ömürlük həbs cəzasına məhkum edilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, terror aktının iştirakçılarından digərləri müvafiq olaraq 22 və 25 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, 2016-cı ilin iyun ayında bir qrup şəxs iki silah mağazasına və Aktobeki hərbi hissəyə silahlı hücum edib. Şəhərdə antiterror əməliyyatı rejimi elan olunub. Terrorçuların hücumları nəticəsində 8 nəfər öldürülüb, onlardan 3-ü hərbçi olub. Təhlükəsizlik qüvvələri 18 cinayətkarı öldürüb, 9 nəfəri saxlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR