Proqnoz: Azərbaycan maliyyə bazarını daha iki çətin il gözləyir

Proqnoz: Azərbaycan maliyyə bazarını daha iki çətin il gözləyir
17:22 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun 2006-2016 illər ərzində aparılan kreditləşmə prosesinin təhlili onu göstərir ki, bank sektorunda kreditləşmə 2006-cı il yanvarın 1-dən etibarən dayanıqlı artımını qoruyub saxlayıb. Lakin, bu dövr ərzində bank kreditlərinin tərkibində problemli kreditlərin həcmi müxtəlif tendensiyalar göstərib. 
"Report"un analitik qrupu qeyd edir ki, aşağıdakı qrafikdən göründüyü kimi, 2008-2009-cu il qlobal maliyyə böhranı zamanı Azərbaycan bank sektorunun kredit portfelində problemli kreditlərin xüsusi çəkisi dəyişməyərək 2,2% təşkil etsə də, sonrakı illərdə qlobal maliyyə bazarlarında stabilləşmə müşahidə olunmasına baxmayaraq, problemli kreditlərin həcmi artım göstərib. 
Həmçinin, 2014-2015-ci illərdə qlobal neft bazarında qiymətlərinin kəskin azalması fonunda neft hasilatçısı olan ölkələrdə maliyyə problemlərinin yaranmasına baxmayaraq, Azərbaycanın bank sektorunda problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi yavaşlayaraq eyni qalıb və 5,3% təşkil edib. Lakin sonrakı il - 2016-cı il yanvarın 1-i və 2016-cı il oktyabrın 1-nə olan göstəricilər kəskin artaraq müvafiq olaraq 7,2% və 10,3%-ə yüksəlib. Qeyd edək ki, bank sektoru üzrə kredit portfelinin həcm göstəricisində ehtiyat ayırmaları yer almayıb.
"Aşağıdakı diaqram bir daha onu göstərir ki, Azərbaycanın maliyyə bazarı qlobal bazarlarda baş verən proseslərə gec reaksiya verir. Həmçinin, bərpa dövrü də daha gec, yəni ən azı 2 ildən sonra baş verir. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycanın maliyyə bazarını daha iki çətin il gözləyir", - deyə analitiklər qeyd ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR