Kamran Ağayev məşqə çıxmadı

Kamran Ağayev məşqə çıxmadı
10:17 6 Yanvar 2015
213 İdman
Ölkə mətbuatı
A- A+

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" qonşu ölkədə ilk məşqinə çıxıb.

Milli.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Roman Qriqorçukun başçılığı altında baş tutan məşqə yeni transferlər - Rəşad Sadiqov Aleksey Qayla yanaşı, uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Ruslan ƏmircanovViktor Mendi də qatılıb. Qapıçı Kamran Ağayev xəstəlik səbəbindən məşqdə iştirak etməyib.

Günü bir məşqlə qapayan komanda toplu və topsuz çalışmalar yerinə yetirib. Komanda hazırlıq prosesini gündəlik iki məşqlə davam etdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR