"İçəri Şəhər" Hindistanda beynəlxalq film festivalında nümayiş etdirilib

"İçəri Şəhər" Hindistanda beynəlxalq film festivalında nümayiş etdirilib
12:37 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/  "İçəri şəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında təqdimatı keçirilib.
“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, tədbir noyabrın 20-28-də Qoada keçirilib. Festivalda filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Təhminə Rafaella iştirak edib.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Anar Xəlilov və digərləri canlandırıblar.
Film Hindistanın 21-ci Kerala Beynəlxalq Film festivalına da dəvət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/i-ceri-seher-hindistanda-beynelxalq-film-festivalinda-numayis-etdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR