Prezident: "İranla həyata keçirdiyimiz layihələr qlobal xarakter daşıyır” - YENİLƏNİB

Prezident: "İranla həyata keçirdiyimiz layihələr qlobal xarakter daşıyır” - YENİLƏNİB
13:09 29 Noyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

APA-nın məlumatına görə, dövlət başçısı M. Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransında iştirakının önəmini qeyd edib və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğulayıb.

 

 

Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyasının həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğulayıb. Dövlət başçısı ölkələrimizin həyata keçirdiyi birgə layihələrin qlobal xarakter daşıdığını deyib. Son vaxtlar ikitərəfli əlaqələrimizlə bağlı bir çox məsələlərin həllini tapdığını və uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayan prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, gündəlikdə hələ çox məsələlər var və onlar da öz həllini ardıcıllıqla tapacaq, ölkələrimiz istədikləri məqsədlərə nail olacaqlar.

 

 

Nazir M. Vaezi isə iki ölkə prezidenti arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduqlarını deyib. “Əgər bu gün biz ölkələrimizin mənafeyinə uyğun lazım olan addımlar ata biliriksə, bu, hər iki prezidentin dəstəyi sayəsində mümkün olub. Cənab prezident Həsən Ruhani İranda baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə bağlı ölkəmizə və İran prezidentinə verdiyiniz başsağlığına görə sizə minnətdarlığını çatdırmağı məndən xahiş etdi”.

 

 

M. Vaezi İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının gördüyü işlər barədə İ. Əliyevə məlumat verib.

 

**

11:10

Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc xəbər yayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR