İranda İŞİD komandiri öldürüldü

İranda İŞİD komandiri öldürüldü
14:37 29 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

İranda İŞİD komandirlərindən biri öldürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın təhlükəsizlik naziri Mahmud Ələvi deyib.
 
M. Ələvi bildirib ki, Əbu Aişə Kürdi adlı şəxs təxribat törətmək məqsədi ilə ölkəyə girmək istəyib, lakin xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.
 
Nazir terrorçu qruplaşma üzvlərinin aşkara çıxarılmasının çətin olmasına rəğmən, müvafiq strukturların bu işin öhdəsindən gəldiyini, kamikadzelərin müəyyənləşdirildiyini və partlayıcı qurğuların aşkarlanaraq zərərsizləşdirildiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR