Deputat: "Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir etməyəcək"

Deputat: "Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir etməyəcək"
15:37 29 Noyabr 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Tarif (qiymət) Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə millət vəkili Aydın Hüseynov bildirib.

A.Hüseynov deyib ki, orta statistika ölkə əhalisinin əksəriyyətinin ildə 1500 kubmetr qaz, ayda 250 kilovat-saat elektrik enerjisi istifadə etdiyini göstərir: "Yəni tarif dəyişiklikləri ilə bağlı son qərarlar əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Qaz və elektrik enerjisindən bu limitə qədər istifadə edən abonentlərin sayı ölkədə daha çoxdur".

Deputat qeyd edib ki, ölkədə qeyri-neft sektoru, xüsusilə sənayenin inkişafına nail olmaq üçün enerji daşıyıcılarının tariflərində dəyişiklik lazımdır: "Bu, əslində, müəyyən müddət çətinlik yaratsa da, arxasınca bizim digər iqtisadi nailiyyətlərimiz gələcək. Çünki enerji daşıyıcıların özü məhsulun maya dəyərinə təsir edən amillərdəndir. Bu isə sonradan müsbət nəticəsini verəcək".

A.Hüseynov əlavə edib ki, Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını tamamilə aradan qaldırmaq strategiyasını götürüb: "Ona görə də bu kimi tədbirlərin, o cümlədən tarif dəyişikliklərinin həyata keçirilməsi zəruridir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR