Milli.Az avokadolu ispanaq şorbasının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
50 q quzuqulağı
50 q ispanaq
1 baş soğan
2 diş sarımsaq
1 avokado
30 q cəfəri
450 ml su
4 x.q. zeytun yağı
duz
istiot
Baş soğanı xırda doğrayıb zeytun yağında qovurun.
Əvvəl ispanaqla quzuqulağının xırda doğranmış saplaqlarını qovurun, yumşalanda isə ispanaqla quzuqulağının yarpaqlarını əlavə edib qoyurun.
Su töküb azca qaynadın.
Avokadonun qabığını soyub doğrayın, əlavə edin.
Xırda doğranmış sarımsaq qatın.
Blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. Sonda cəfəri əlavə edin.
Nuş olsun!
resept: domashniy.ru
Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az