S.Ələkbərovun sözlərinə görə, hazırda Nazırlık əməkdşlarının 50%-dən çoxu bu üsulla işə qəbul edilib.
Avropa İttifaqının Azərbaycandakı deleqasiyasının nümayəndəsi Jeron Uillems (Jeroen Willems) isə bildirib ki, Tvinninq Layihəsinin icrası müddətində 30 dövlət qurumu bu layihədən yararlanıb: "Əsasən də qadınların layihə çərçivəsində aktivliyi yüksəlib".
Fransa səfirinin müavini xanım Fabyen Droyt Lozinski isə deyib ki, gələn ildə ikinci Tvinninq Layihəsinə start veriləcək: "İspaniyanın müvafiq agentliyi ilə birlikdə biz Azərbaycanda ikinci Tvinninq Layihəsinin reallaşdırılmasına hazırıq".