Ərəblər Azərbaycanın meyvə-tərəvəzi ilə maraqlanır - FOTO

Ərəblər Azərbaycanın meyvə-tərəvəzi ilə maraqlanır - FOTO
15:05 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan məhsullarına maraq göstərir.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, BƏƏ-nin Dubay şəhərində səfərdə olan Azərbaycanın ixrac missiyası "Carrefour", "Spinneys", "Union Co-op" kimi iri marketlər şəbəkələrində olub. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının həmin marketlərdə satışı imkanları və distribütorluq məsələləri müzakirə edilib.

İxrac missiyasında təmsil olunan və meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan iş adamları Dubayın "Al Aweer" meyvə-tərəvəz mərkəzində olublar. Burada keçirilən görüşlərdə "Al Aweer" meyvə-tərəvəz mərkəzinin nümayəndələri Azərbaycanın nar və alma məhsullarına maraqlarını bildirib, nümunələrin göndərilməsi barədə sifariş veriblər. Bundan başqa, meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarımız Dubayın bir sıra logistika şirkətləri ilə görüşlər keçirib, yerli məhsulların BƏƏ-yə ixracı və daşınması məsələrinə dair fikir mübadiləsi aparıblar.

İxracatçı şirkətlərimiz habelə BƏƏ-də akreditə olunmuş və məhsulların BƏƏ tələblərinə uyğun olaraq halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri ilə görüşüblər. Burada Azərbaycan şirkətlərinə təşkilatın fəaliyyəti barədə məlumat verilib və bu sahədə əməkdaşlıq üçün təşkilatın nümayəndələri ölkəmizə dəvət edilib.

Məlumat üçün qeyd edək ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir.

Pünhan Mirzə
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/494459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR