Dünyanın ən tənbəl heyvanları - FOTO

Dünyanın ən tənbəl heyvanları - FOTO
23:37 30 Noyabr 2016
171 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tənbəl heyvanlar Orta və Cənubi Amerikada yaşayan Meqaloniçidae, Bredipodidae nəslinə aid 6 növə məxsus orta böyüklükdəki məməlilərdir. Bu məməlilər bütün məməlilər arasında ən yavaş hərəkət edən heyvanlar olaraq bilinir. Dəqiqədə ən çox yarım metrə qədər hərəkət etdiyi hesablanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, tənbəl heyvanlar gündə 15-18 saat yatır. Qalan vaxtlarda yemək yeyir, yatdıqları ağacları dəyişirlər. Bu məməlilər çox yemək yemədikləri və su içmədikləri üçün təbiətə zərəri olmayan heyvanlar kimi tanınır. Tənbəl heyvanlar kəskin pəncələri sayəsində ağac budaqlarından tərs istiqamətdə sallanmış vəziyyətdə yaşayarlar. Yerə ancaq yatdıqları ağacı dəyişdirmək və təbii ehtiyacını ödəmək üçün düşərlər. Həmişə tərs şəkildə, asılı vəziyyətdə yaşadıqları üçün daxili orqanlarının yeri belə, digər məməlilərdən fərqlidir. Hətta tükləri tərs istiqamətdə uzanır.

Milli.Az




















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR