Zidanın oğlu “Real”da qolla debüt etdi - VİDEO

Zidanın oğlu “Real”da qolla debüt etdi - VİDEO
07:33 1 Dekabr 2016
228 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin cavab qarşılaşmasında “Real” öz meydanında “Leonesa” ilə oynayıb.

Publika.az xəbər verir ki, ilk oyunda 7:1 hesabı ilə qələbə qazanmış “kral klubu” bu dəfə də darmadağına sevinib. Madridlilər bu dəfə 6:1 hesablı qələbə qazanıblar.

Oyunun əsas məqamlarından biri baş məşqçi Zinəddin Zidanın oğlu Enzo Zidanın əsas komanda ilə ilk rəsmi matçına çıxması olub. İkinci hissənin əvvəlində İskonun yerinə oyuna daxil olan 21 yaşlı Enzo debüt matçındaca fərqlənməyi bacarıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR