"Azərbaycanın mövqeyinə gəldikdə isə, hamıya məlumdur ki, ölkə Prezidenti səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan etmişdir. Bir daha vurğalayırıq ki, Azərbaycan neft hasilatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır", - deyə N.Əliyev qeyd edib.
OPEC-in dekabrın 9-da Kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşlə bağlı N.Əliyev bildirib ki, toplantıya dəvət olacağı və Azərbaycanın iştirakının zəruri hesab ediləcəyi təqdirdə rəsmi Bakı da tədbirə qatılacaq: “Hesab edirəm ki, qeyri-OPEC ölkələri üçün hasilatı hansı həcmdə azlatmaqla bağlı məsələlər bu toplantıdakı müzakirə əsasında müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır”.