Rusiya prezidenti Vladimir Putin 55 min əsgərin Ukrayna
sərhədinə göndərilməsi əmrini verib.
Publika.az xəbər verir ki, Rusiya Ukraynanın Krım
yaxınlığında raket təlimlərinə başlamasına cavab olaraq, sərhəddə
böyük hərbi təlim keçirəcək.
Məlumata görə, Ukrayna sərhədinə göndərilən əsgərlərin əksəriyyəti
Krıma yerləşdirilir. Kreml eyni zamanda, krımın Qərb sahillərinə
hərbi gəmilər göndərib. Rusiya hərbi mənbələri Qara dəniz
donanmasına “müharibəyə hər an hazır olun” əmrinin verildiyini
deyir.
Qeyd edək ki, Ukrayna bu gün Krım yarımadasının yaxınlığında raket
təlimlərinə start verib. Raket atışları Krımın hava məkanının ən
azı 30 kilometrliyində keçirilir.
Asif