Prosineçki "Dinamo"ya gedəcək?

Prosineçki "Dinamo"ya gedəcək?
11:57 2 Dekabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin baş məşqçisi Robert Prosineçki Zaqreb "Dinamo"sundan təklif almasına münasibət bildirib. Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis Xorvatiya mətbuatına müsahibəsində hazırda belə bir fikrinin olmadığını söyləyib.


Həyatında iki dəfə "Dinamo"nu seçdiyibi deyən Prosineçki, bu klubu çox sevdiyini ifadə edib: "Hələ uşaq vaxtı Almaniyada yaşayarkən bu komandanı seçmişdim. Ötən əsrin 90-cı illərinin ortalarında hamı ölkə xaricinə yollananda mən yenə "Dinamo"ya üstünlük verdim. Hazırda "Dinamo"nun baş məşqçisi mən deyiləm. Ancaq futbolda hər şey ola bilər. Qeyd edim ki, bu klubun hələ də mənə pul borcu qalıb. Azərbaycan milli komandasının baş məşqçisiyəm. Burada nə qədər qalacağımı, gələcəkdə hansı kluba gedəcəyimi indidən demək çətindir. Amma indiki məqamda "Dinamo"ya gedişimdən söhbət gedə bilməz. Buna 100 faiz əmin ola bilərsiz".


Qeyd edək ki, 2014-cü ildən millimizi çalışdıran Prosineçki 1980-86-cı illərdə Zaqreb "Dinamo"sunu gənclər, 1986/87  və 1997/2000 mövsümlərində isə əsas komandasında çıxış edib.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-quotdinamoquotya-gedck-t54636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR