Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib

Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib
13:05 2 Dekabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı il 1-2 dekabr tarixində Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərindəki qərargahında Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin 25 illik dövr ərzində fəaliyyətinin yekunları, İCAO Assambleyasının 39-cu Sessiyasının yekunları, bu beynəlxalq qurumların gələcək fəaliyyətinin strateji prioritetləri və əsas proqramlarına həsr olunmuş Konfransı keçirilmişdir.

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, 1991-ci ilin dekabrında dünyanın ən iri regionlarından biri - postsovet məkanının 12 yeni müstəqil dövləti Mülki Aviasiya və Hava Məkanından İstifadə haqqında Dövlətlərarası Saziş imzaladılar. Bu sazişə uyğun olaraq bu qurumlar - Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi yaradıldı və bütün bu illər ərzində uğurla fəaliyyət göstərdilər.

Bu illər ərzində Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi dünyanın digər regionlarında da analoji təşkilatlar üçün model kimi mülki aviasiya və aviasiya sənayesi sahəsində qlobal-regional əməkdaşlığın effektiv və balanslaşdırılmış mexanizmini yarada və həyata keçirə bildilər.

Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi daimi əsasda Çin, Hindistan, ABŞ, Asiya-Sakit okean regionu ölkələri, Afrika, Yaxın Şərq, Latın Amerikası da daxil olmaqla 75 dövlətlə, 19 beynəlxalq aviasiya təşkilatı ilə və ilk növbədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO),  eləcə də regionda formalaşan beynəlxalq təşkilatlar ilə beynəlxalq sazişlər əsasında əməkdaşlıq edir.

İCAO çərçivəsində qəbul edilən mühüm beynəlxalq qərarlar Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyəti və təşəbbüsləri ilə əlaqəlidir:

•    Qonşu dövlətlərin səmərəli regional əməkdaşlığının həyata keçirilməsi;

•    Yeni texnologiyalar əsasında aviasiya hadisələrinin müstəqil araşdırılması prinsipinin təmin edilməsi;

•    Aviasiya texnikası istehsalçılarının öz regionunun, Avropa İttifaqı, Amerika qitəsi ölkələri, Çin, Hindistan və digər dövlətlərlə beynəlxalq sənaye əməkdaşlığının təşkili;

•    Aviasiya terrorizmi ilə mübarizə üzrə İCAO tərəfindən dünyada ən yaxşılardan biri kimi qiymətləndirilən regional proqramın hazırlanması və təklif edilməsi.

İCAO ilə əməkdaşlığın inkişafında əlamətdar hadisə Assambleyanın bu il keçirilmiş 39-cu Sessiyası olmuşdur. Sessiya zamanı İCAO-nun mənzil-qərargahında İCAO və Dövlətlərarası Aviasiya Komitəsi arasında Qarşılıqlı Anlaşma Memorandumuna Əlavə imzalanmışdır. Əlavə sazişə üzv dövlətlərin regionda İCAO-nun Standartları və Tövsiyə olunan təcrübəsinin tətbiqi sahəsində əməkdaşlığı üçün yeni mərhələ açır. Digər əlamətdar hadisə "Uçuşların təhlükəsizliyinin artırılması və uçuşa yararlılığın qorunması" haqqında İCAO-Dövlətlərarası Aviasiya Komitəsi layihəsinin müddətsiz uzadılması üzrə sənədin imzalanması olmuşdur. Bu layihə çərçivəsində İCAO-nun "Heç bir ölkə diqqətdən kənar qalmayacaq" kampaniyasının həyata keçirilməsi üzrə region ölkələrindən təxminən 9 min aviasiya mütəxəssisinin də iştirak etdiyi 100-dən artıq müxtəlif tədbirlər keçirilmişdir. Bu layihənin perspektiv inkişafında xüsusi diqqət İCAO-nun Standartları və Tövsiyə olunan təcrübəsi və Dövlətlərarası Aviasiya Komitəsinin normativ sənədləri (Aviasiya Qaydaları) əsasında aviasiya sənayesinin müxtəlif fəaliyyət istiqamətləri üzrə, həmçinin aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, uçuşa yararlılıq sahəsində dövlət müfəttişlərinin və aviasiya heyətinin hazırlanması proqramlarının sürətli inkişafına yetirilir.

Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi həmçinin "fasiləsiz monitorinq" proqramı çərçivəsində region dövlətlərinin aviasiya qurumlarına dəstək göstərilməsi üzrə praktiki əməkdaşlıq aparır.

Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin 1991-2016-ci illər ərzində fəaliyyəti onların təşəbbüslərinin səmərəliliyi və faydalılığını sübut edib, Sazişə üzv dövlətlərin marağına uyğun gələcək fəaliyyətin perspektiv istiqamətlərini formalaşdırıb.

Konfransın əsas mövzusu İCAO Assambleyasının 39-cu Sessiyasının qətnamələri işığında uçuşların təhlükəsizliyi və aviasiya mütəxəssislərinin hazırlanması sahəsində regional əməkdaşlığın daha da genişləndirilməsi olmuşdur. Konfransda aviasiya mütəxəssislərinin hazırlanmasının Perspektiv dövlətlərarası sistemi layihəsinin təqdimatı keçirilmişdir. Azərbaycan Milli Aviasiya Akademiyası və üzv dövlətlərin bir sıra aparıcı aviasiya təhsil ocaqları bu layihədə iştirak etməkdə marağını qeyd etmişdir.

Konfransda Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin baxılması üçün 2017-ci ildə Dövlətlərarası Şurasının Sessiyasına çıxarılacaq gələcək fəaliyyətinin strateji məqsədləri müzakirə olunmuşdur.

Konfrans çərçivəsində iştirakçılar Mərkəzi və Şərqi Avropanın ən qabaqcıl və təchiz olunmuş aviasiya təhsil ocaqlarından biri olan Azərbaycanın Milli Aviasiya Akademiyasını ziyarət etmişlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR