7500-ə yaxın müəllim imtahanda

7500-ə yaxın müəllim imtahanda
14:12 2 Dekabr 2016
452 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcəklər.

İmtahanlar 3 gün davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 7500 nəfərədək müəllim iştirak edəcək.

Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Göygöldə keçirilən diaqnostik qiymətləndirməyə cəlb ediliblər. Eyni zamanda ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR