"Kəpəz"də 4 itki

"Kəpəz"də 4 itki
17:07 2 Dekabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan kubokunun 1/8 final mərhələsində Bakıda “Şahdağ”la qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını bu gün başa vurub. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, həftə boyu ölkə paytaxtında hazırlaşan komanda son məşqinə görüşün keçiriləcəyi “Bayıl Arena”da çıxıb.


“Sarı-göylər” birinci divizion klubuna qarşı matça itkilərlə çıxacaq. Uzun müddət zədədən əziyyət çəkən Şəhriyar Əliyev və Dario Federiko tam hazır olmadığından kubok oyununu da buraxacaq. Məşqdə sıradan çıxan Azad Kərimovla Renan Alves də sabah meydanda olmayacaq.


İtkilərin çoxluğu səbəbindən əvəzedici heyətdən üç futbolçu əsas komandaya çağırılıb. Əli Səmədov, Fərid Məmmədov və Qaraxan Əliyev Qusar klubu ilə qarşılaşma üçün məşqçilər korpusunun ixtiyarında olacaq.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotd-4-itki-t54646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR