“Atam yaxşı ki, tutuldu, yoxsa..." - Elton

“Atam yaxşı ki, tutuldu, yoxsa..." -  Elton
17:31 2 Dekabr 2016
217 Şou
Ölkə mətbuatı
A- A+

“Atam 1994-cü ildə həbs olundu. Əslində 2 dəfə tutulub. İlk dəfə nə üstündə olduğunu xatırlamıram. İkinci dəfə isə onun üstünə şər atdılar".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev "ARB TV"də yayımlanan “Gəlin danışaq” verilişində deyib. 

İfaçı bildirib ki, atası həbsxanada olanda çətin günlər keçirib: 

"Atam 3 dəfə könüllü olaraq Qarabağ müharibəsinə gedib. Hər dəfə də onu geri qaytardılar. Sonra atam tutuldu. 10 il zindanda qalıb. Atam deyir, yaxşı ki tutulmuşam. Bəlkə indi həlak olmuşdu. Sonra atam ibadət etməyə başladı. Uşaq vaxtlarımdan toylara getmişəm. Mən uşaqlıq yaşamamışam. İlk dəfə 9 yaşımda toya getmişəm, 25 manat qazanmışam. Elə vaxt olub anama demişəm ki, oynamaq istəyirəm. O da bildirib ki, bəs o zaman bizə kim baxacaq?".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR