Zaminsiz kredit verən banklar – CƏDVƏL

Zaminsiz kredit verən banklar – CƏDVƏL
17:47 2 Dekabr 2016
247 Ölkə
Ölkə mətbuatı
A- A+

Günümüzdə banklardan kredit əldə etmək çətinləşib. İş yerindən arayış, kredit tarixçəsi, əməkhaqqının minimum həddi, girov kimi vacib amillər qeydə alınır. Bunlardan biri də zamin tələbidir. Bəzi kreditlərdə, hətta 2 zamin belə tələb olunur.

Milli.Az xəbər verir ki, banco.az zaminsiz nağd pul krediti təklif edən bankları araşdırıb. Zaminsiz kreditlərə yalnız istehlak kreditləri aid olub.

Zaminsiz kredit verən banklar aşağıdakılardır:

"Bank Respublika" - minimum əməkhaqqı 400 manat olan şəxslərə kredit kartı təklif edir. Bu kartın üstünlüyü odur ki, əgər müştəri istifadə etdiyi kredit məbləğini 45 gün ərzində ödəyərsə, kreditə faiz hesablanmayacaq. Əgər kredit 45 gün ərzində ödənməzsə, borc faizi 27% olacaq. 

"Bank Silk Way" - bu bankın əməkhaqqı kartına sahib olan müştərilərə zaminsiz kredit verilir ki, bu zaman işçinin əmək təcrübəsi əsas götürülür. Məbləğ isə şəxsin əməkhaqqısına müvafiq olaraq hesablanır.

"Azərbaycan Beynəlxalq Bankı" - yalnız bu bankın əməkhaqqı kartlarına sahib olan şəxslərə zaminsiz kredit verir. Kredit məbləği maksimum əməkhaqqının 2 misli həcmində ola bilər.

"Dəmirbank" - minimum əməkhaqqı 800 manat olmalıdır.

"Kapital Bank" - birinci halda, bu bankın əməkhaqqı kartına sahib olan şəxslərə zaminsiz kredit verilir. İkinci halda isə, bu bankda əmanət yerləşdirən şəxslərə bu növ kredit təklif edilir.

"Unibank" - minimal əməkhaqqı 160 manat olmalıdır. Zaminsiz kreditlər üçün hərbçilər istisnadır.

Bank

Məbləğ (AZN)

Faiz

Müddət

"Bank BTB"

300 - 2000

34%

3-36 ay

"Bank Respublika"*

500 - 3000

27%

12 ay

"Bank Silk Way"

-

16-18%

12 ay

"Beynəlxalq Bank"

1000

29%

24 ayadək

"Dəmirbank"

2000 -ə qədər

27-29%

12 - 24 ay 

"Expressbank"

300 - 5000

28-30%

12 - 36 ay

"Kapital Bank"

300 - 15 000

29,84%

40 ayadək

Əmanətin 80%-i həcmində

Əmanət üzrə illik faiz dərəcəsi + 5%

Əmanət müddətinin bitməsinə bir ay qalmış

"Rabitəbank"

2000-ə qədər

27%

12 ay

"Unibank"

300-5000

23-30%

3-24 ay

"Yapı Kredi Bank"

300 -10 000

28%

6-36 ay

"Yapı Kredi Bank" - zaminsiz kredit götürə biləcək şəxslər - dövlət işçiləri, müəllimlər, xarici və yerli neft, rabitə, telekommunikasiya, İT və s. şirkətlərində işləyən şəxslər, bank işçiləri, "Yapı Kredi Bank Azərbaycan"dan əməkhaqqı alan müştərilər.

Bu növ zaminsiz nağd pul kreditlərini əldə edərkən şəxsiyyət vəsiqəsi, iş yerindən arayış təqdim etmək lazımdır ki, bir çox hallarda da əməkhaqqının 6 və ya 12 aylıq çıxarışı tələb oluna bilər. Kredit mütəxəssisləri sizin gəlirlərinizi, xərclərinizi və kredit tarixçənizi analiz etdikdən sonra sizə zaminsiz kredit verə bilərlər.

Qeyd edək ki, "Bank of Baku" və "AccessBank"dan da zaminsiz kredit əldə etmək mümkündür. Lakin bu banklarda zamin tələbi hər bir müştəri üzrə ekspert tərəfindən fərdi şəkildə araşdırma aparıldıqdan sonra müəyyən edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR