"Azərbaycan Xalçası Ensiklopediyası"nın ikinci cildinin təqdimatı keçirilib

"Azərbaycan Xalçası Ensiklopediyası"nın ikinci cildinin təqdimatı keçirilib
18:12 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində "Azərbaycan Xalçası Ensiklopediyası"nın ikinci cildinin təqdimatı keçirilib. 
"Report" xəbər verir ki, nəşrin müəllifi və tərtibatçısı mədəniyyət xadimi, sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır. 
"Azərbaycan Xalçası Ensiklopediyası" Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və "Japan Tobacco İnternational" (JTİ) Yaponiyanın Azərbaycandakı tütün şirkətinin dəstəyi ilə nəşr olunub. 
Qeyd edək ki, ensiklopediyanın ikinci cildində toxuculuq, Azərbaycan mədəniyyətinin ilk mərhələsindən və təşəkkül tarixindən başlamış xovsuz və xovlu xalçalar, yüksək istehsal, onların bədii xüsusiyyətləri, kompozisiya zənginliyi, xalqın əsrlər boyu şifrələnmiş naxışlarda yaratdığı özəllikləri və digər simvollar ifadəsini tapıb. 
Ensiklopediyanın ikinci cildində ilk dəfə xovsuz xalça və xalça məmulatının növ müxtəlifliyi, ornamental bəzəkləri, texnoloji xüsusiyyətləri, xovsuz xalçaların toxunuşunda istifadə olunan yunun hazırlanması, boyaqlar barəsində geniş məlumat verilir. Cilddə 400-dən çox xovsuz xalçaların mənşəyi, kompozisiya və ornament örnəyi öz əksini tapıb. 
Uzun illər biz dünyanın müxtəlif ölkələrində bir çox mədəni layihələri dəstəklədiklərin qeyd edən ensiklopediyanın tərəfdaş şirkəti "JTİ Azərbaycan"ın Korporativ əlaqələr və Kommunikasiya meneceri Əli Verdiyev deyib ki, şirkətləri Fransada "Luvr"muzeyi, Moskvada Böyük Teatr, Niderland muzeyi, İtaliyada La-Skala teatrını, Sankt-Peterburqda "Ermitaj" muzeyi və dünyanın digər mühüm mədəniyyət və incəsənət mərkəzlərinin tərəfdaşıdır. 
"Bu baxımdan Azərbaycan da istisna deyil. Şirkətimiz tərəfindən Azərbaycanda YUNESKO-nun qeyri-maddi və mədəni irsinə daxil olan iki təşkilatı ilə sıx əməkdaşlıq edir. Onlardan biri Azərbaycan Xalça Muzeyi, digəri isə Beynəlxalq Muğam Mərkəzidir. Bu təqdim etdiyimiz ensiklopediyanın şirkətimiz üçün böyük əhəmiyyəti var. Muzeylə apardığımız uzunmüddətli danışıqların nəticəsində məlum oldu ki, Azərbaycan xalçalarının ensiklopediyası heç zaman olmayıb. Qərara gəldik ki, Azərbaycanın nadir xalça nümunələrini, eləcə də digər ölkələrin muzeylərində saxlanılan xalçaları birgə əks etdirən böyük ensiklopediya hazırlayaq. Biz gələcəkdə də bu tip layihələri dəstəkləməyə hazır olduğumuzu bildirmək istəyirəm", - deyə Ə.Verdiyev əlavə edib. 
Xatırladaq ki, "Azərbaycan Xalçası Ensiklopediyası"nın xovlu xalçalara həsr edilmiş I cildi 2015-ci ildə çapdan çıxıb.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycan-xalcasi-ensiklopediyasi-nin-ikinci-cildinin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR