AZAL klubu Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlib

AZAL klubu Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlib
18:17 2 Dekabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komandanın adı məlum olub. 
"Report" xəbər verir ki, Bakının AZAL klubu "Rəvan"ı 1/8 final matçında darmadağın edib - 4:0.
Oyunun ilk yarısında bir qol vurulub. 12-ci dəqiqədə Şirməmməd Məmmədov fərqlənib. Fasilədən sonra AZAL qollarını sıralayıb. 62-ci dəqiqədə Mirzağa Hüseynpur, 80-ci və 85-ci dəqiqələrdə David Canelidze "dubl" edib. Qonaqlardan isə 90+1-ci dəqiqədə Zahid Quliyev qırmızı vərəqə alıb.
AZAL-ın növbəti mərhələdəki rəqibi sabah "Qəbələ" və "Zaqatala" komandaları arasında keçiriləcək 1/8 final matçının qalibi olacaq.
Qeyd edək ki, 1/4 finala ilk 2 vəsiqəni isə "Sumqayıt" və "İnter" əldə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azal-klubu-azerbaycan-kubokunda-novbeti-merheleye-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR