Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Dekabr
20:14 2 Dekabr 2016
107 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

İrana qarşı sanksiyaların bərpası Trampın hakimiyyətə gəlişinin deyil, respublikaçıların Konqresdə çoxluğa sahib olmasının nəticəsidir. Üstəlik yeni prezident bu sanksiyalara veto qoymaq hüququndan məhrumdur. Tramp seçkilər ərəfəsində sanksiyaları bərpa edəcəyini vəd edib, indi elə ilk addımdan vədinə xilaf çıxması onun onsuz da problemli olan imicini alt-üst edə bilər. Maraqlıdır ki, neft bazarı sanksiyaları qəbulu qərarına gözlənilən reaksiyanı verməyib. Daha doğrusu, bazarların buna imkanı olmayıb, birjalar bu gecə fəaliyyətini dayandırır və bir də bazaar ertəsi işə başlayacaq. Bu səbəbdən İrana qarşı sanksiyaların neftin qiymətinə pozitiv təsir göstərib - göstərməyəcəyini hələ gözləmək lazım gələcək. Məntiqlə neft bu qərardan sonra bahalaşmalıdır, çünki sanksiyalar İranın bazarlara əlavə həcmdə neft çıxarmasına imkan vermir. OPEK üzvlərinin hasilatı azaltmaq barədə tarixi razılaşmasından sonra İrana qarşı atılan addım neftin qiymətinə pozitiv təsir göstərməlidir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR