Səudiyyəli şahzadə qadınları sükan arxasına buraxmaq niyyətindədir

Səudiyyəli şahzadə qadınları sükan arxasına buraxmaq niyyətindədir
23:29 2 Dekabr 2016
142 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanın şahzadəsi Əl-Valid bin Talal bin Əbdüləziz Əl Səud Twitter sosial şəbəkəsində yazıb ki, qadınların avtomobil idarə etmək hüquqları var.

 

Oxu.Az-ın məlumatına əsasən, şahzadə həmçinin qadınların bu hüquqa malik olmasının təsdiq edən sənədi də dərc edib.

 

Şazadənin bəyanatı ölkədə böyük qalmaqal yaradıb, belə ki hazırda Səudiyyə Ərəbistanı dünyada qanunvericilik səviyyəsində qadınlara avtomobil sürməyi qadağan edən yeganə ölkədir.

 

Qərb ekspertləri hesab edirlər ki, Əl-Valid ibn Talal əl-Səudun bəyanatı Səudiyyə Ərəbistanında hər hansı bir dəyişikliyə səbəb olmayacaq, çünki kralın əmisi oğlu olmasına baxmayaraq, şahzadənin heç bir mühüm siyasi vəzifəsi yoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR