Peruda zəlzələ nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb

Peruda zəlzələ nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb
06:17 3 Dekabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Cümə günü Peruda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Perunun Milli Mülki Müdafiə İnstitutu öz "Twitter" bloqunda məlumat yayıb.
"Okuviri dairəsinin rəhbərliyi 1 yeniyetmənin öldüyünü və 17 nəfərin yaralandığını təsdiq edib. Hazırda yaralılar müalicə olunurlar", - deyə xəbərdə bildirilir.
İlkin məlumatlara görə, Okuviri dairəsində 130 tikiliyə ziyan dəyib. Zəlzələnin maqnitudası 5,5 bal olub. Onun episentri Lampa şəhərindən 58 km. məsafədə yerləşib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/peruda-zelzele-neticesinde-bir-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR