Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. Fanat.Az xəbər verir ki, dünən baş tutan matçlardan sonra “Sumqayıt”, “İnter”, “Neftçi” və AZAL 1/4 finala vəsiqəni təmin edib. İndi isə daha 4 qalibin adı müəyyənləşəcək.
Yenə də Premyer Liqa klubları ilə I divizion təmsilçilərinin duelini izləyirik. Dünən aşağı dəstə komandalarından heç biri yoluna davam edə bilmədisə, bu gün belə bir şans var.
Söhbət “Turan Tovuz” – “Zirə” duelindən gedir. Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektiv I divizionun lideri olmaqla yanaşı, həm də evdə oynayır. Bu isə o deməkdir ki, Qərb təmsilçisi elitanın ortabablarından sayılan “Zirə”ni mübarizədən kənarlaşdıra bilər.
Digər cütlüklərə gəlincə, “Zaqatala”nın səfərdə “Qəbələ”yə, “Səbail”in isə “Qarabağ”a ciddi müqavimət göstərəcəyi inandırıcı deyil. Eyni sözləri “Kəpəz”i Qusarda yox, paytaxt da qəbul edəcək “Şahdağ”a da şamil etmək olar.
Azərbaycan kuboku
1/8 final
3 dekabr (şənbə)
13:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Tovuz şəhər stadionu
13:00. “Şahdağ” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. “Bayıl Arena”
15:00. “Qəbələ” – “Zaqatala”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
17:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. “Azərsun Arena”
Fanat.Az