Mövlüd Çavuşoğlu: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq"

Mövlüd Çavuşoğlu: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq"
13:07 3 Dekabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq. "Report"un məlumatına görə bunu Bakıda Azərbaycan xariuci işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.
O, əlavə edib ki, Türkiyə ATƏT-in Minsk Qrupu çərçivəsində hər cür köməkliyi göstərməyə hazırdır: "Sergey Lavrovla Alanyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat mübadiləsini etdik. Biz görüşdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dedik. Son vaxtlar münaqişənin həll edilməsi məsələsində yavaşlanma hiss olunur. Amma biz Rusiyanın son zamanlar etdiyi addımları dəstəkləyirik".
FETÖ terror təşkilatının Türkiyədə hakimiyyət dəyişikliyi cəhdindən danışan M. Çavuşoğlu deyib ki, bu təşkilat çox təhlükəlidit: "Azərbaycan bizə dəstək verdiyi üçün bu ölkəyə təşəkkür edirəm. Azərbaycanın bu dəstəyi unutmayacağıq. Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir".
M. Çavuşoğlu həmçinin bildirib ki, regional üçtərəfli götüşlərin keçirilməsi ilə bağlı məsələ müzakirə olunub: "Həmçinin Azərbaycanla Türkiyə yüksək səviyyəli şurasının üçün hansı sənədləri imza edə biləcəyimizi də müzakirə etdik".
Türkiyəli nazir həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin dəstəklədiyini, türk şirkətlərin bu işdə aktiv olmağa çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/movlud-cavusoglu-biz-dagliq-qarabag-munaqisesi-ile-bagli-hemise-azerbaycanin-yanindayiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR