Azərbaycan, Türkiyə və Türkmənistan energetika nazirlərinin görüşünün vaxtı məlum oldu

Azərbaycan, Türkiyə və Türkmənistan energetika nazirlərinin görüşünün vaxtı məlum oldu
14:37 3 Dekabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Gələn ilin əvvəlində Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirləri və xarici işlər nazirlərinin görüşləri planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib.

M.Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə regionun digər ölkələrinin də iştirakı ilə üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Onun sözlərinə görə, Azərbaycanın və Türkiyənin regionda ümumi hədəfləri var və ölkələr bir-birilərini dəstəkləyərək birgə fəaliyyət göstərmək niyyətindədirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/495459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR