"Ona qarşı çox sevgim var" - VİDEO - FOTO

"Ona qarşı çox sevgim var" - VİDEO - FOTO
16:57 3 Dekabr 2016
99 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-də yayımlanan "Türk şou-maqazin" proqramının növbəti qonağı məşhur müğənni Halil Sezai olub.

Milli.Az xəbər verir ki, olduqca maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi səmimi söhbəti ilə yanaşı yeni filmi barəsində də eksklüzivlərini bölüşüb:

"Bir nəfər sevdiyi qızdan ayrılır, ondan sonra özünü hesaba çəkməyə başlayır. Yaşamadığı bəzi hissləri yaşayır".

Canlandırdığı obrazdan da söz açan müğənni həyatda baş verənlərin əks etdirildiyini dilə gətirib:

"Əslində, bir çox obraza baxanda, Türkiyədə oynanılan obrazlara baxanda nə qədər fərqli ola bilər, deyə fikirləşdim. Niyə? Çünki hamısı insandır, insanın daxilində olan şeylərdir.

Yəni, bu, bir az klassikdir. Sevmədiyimiz insanla işləmək daha çətindir, əlbəttə. Çağanın dırnaq içərisində bir özəlliyi var. Çünki daha əvvəl yaşadığım bir təcrübədir. Hardasa 9-10 il əvvəl bir təcrübəm olub. Elə o vaxtdan deyirdim ona, sevgim var, deyirdim ki, kaş nəsə bir iş görərdik birlikdə. Qismət oldu. Ona görə çox xoşbəxtəm. Avropa standartlarına uyğun bir zəkaya sahibdir. Bizə də, bunu yaşatdığı üçün, yəni Avropa standartlarına uyğun rejissor, aktyor, komanda münasibətləri necə olur bunu bizə göstərdi, sağ olsun. Ona görə çox xoşbəxtəm".

Halil Sezai film barəsində danışarkən özünü şanslı hiss etdiyini deyib:

"Bəli, düzdür, ikisi də, məncə, Türkiyədəki ən zərif və şirin xanımlardır. Ona görə özümü yenə şanslı hiss edirəm. İkisi də çox yaxşı aktrisadır. Əvvəlcədən izlədiyim insanlardı. Özgə ilə 12 -13 il əvvəl, deyəsən, "İhlamurlar altında" adlı serialda çəkilmişik. Orada bir il işləmişik. Elə orada ona heyran qalmışdım. Büşranı da daima izləyirəm, oyunlarını, gördüyü işləri. Birlikdə eyni sahəni paylaşmaq inanılmaz dərəcə də rahatladır məni. İki aktrisa ilə də oynamaq insanı rahatladır. Çünki ikisi də tərəf müqabillərini rahatladan insanlardı. Bu baxımdan bəxtim gətirib".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/495461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR