Play Store

Azərbaycanda “Topaz” məntəqəsinə silahlı basqın edildi

Azərbaycanda “Topaz” məntəqəsinə silahlı basqın edildi
19:07 3 Dekabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda “Topaz” bukmeker ofisi soyulub. Bu barədə Sputnik-ə Nərimanov rayonu polis idarəsindən məlumat verilib.


Hadisə dekabrın 2-də günorta saatlarında baş verib. Belə ki, Makarov tipli tapança ilə silahlanmış iki naməlum şəxs Ceyhun Hacıbəyli küçəsində "Şuşa" restoranı ilə üzbəüz yerləşən “Topaz” ofisinə gələrək mühafizəçini qorxudub kassadakı 330 manatı götürüblər. Onlar mühafizəçiyə xəsarət yetiriblər.


Hazırda əməliyyatçılar fakt üzrə araşdırma aparırlar. Mühafizəçinin dediyinə görə, hücum edənlər yaşı 30-dan çox olmayan idmançı görkəmli şəxslər olublar.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanda-topaz-mntqsin-silahl-basqn-edildi-t54665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR