“Kapitan meydanda olmayanda...” - Qurban Qurbanov

“Kapitan meydanda olmayanda...”  - Qurban Qurbanov
20:12 3 Dekabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

"Bilirdik ki, bu, bir oyundan ibarətdi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdamlılar Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün "Səbail" üzərində böyükhesablı (5:0) qələbə qazanaraq, növbəti mərhələdə "Sumqayıt"a rəqib olublar.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: "Futbolçular normal oynadılar. Düzdü, ikinci hissədə rəqib o qədər mübarizə apara bilmədi. Amma ilk dəqiqələrdə bizim üçün çox çətin oldu".
 
- Matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmək ehtimalı var idi. Fikrinizi dəyişməyə nə vadar etdi?

- Belə bir fikir oldu. Amma bir az yağış mane oldu. Stadiona qulluq edənlər də meydançanın yaxşı olmayacağını dedilər. Şans 50-50-yə idi. Orda oynamağı çox istəyirdik. Amma meydançanın durumuna görə buranı seçdik.
 
- "Fiorentina" ilə oyun yaxınlaşdıqca təzyiq artıırmı?

- Futbolçular çalışırlar fikirlərini bu görüşə yönəltsinlər. Amma mənim fikrim o oyunda qalırdı. Çalışırdım bunu hiss etdirməyim. Əsas futbolçuların formada qalmasıdı. "Fiorentina" ilə qarşılaşmaya tam fərqli hazırlaşacağıq.
 
- Yenidən kubokda "Sumqayıt"a rəqib oldunuz. Rəqib barədə nə deyə bilərsiniz?

- "Sumqayıt"a qarşı oyunlarımız ağır olub. Onlara qarşı oynamaq bizə həmişə çətin olub. İstəkli, aqressiv olurlar. "Sumqayıt"a kimi hələ vaxtımız olacaq.
 
- Rəşad Sadıqovun durumu nə yerdədi?

- Rəşad hələ fərdi məşq edir. Hələ 4-5 günümüz var. Həkimlərin rəyindən çox şey asılı olacaq. Əgər həkimlər 100 faiz əmin olmasalar, Rəşad oynamayacaq.
 
- Rəşadsız oynadığınız zaman komandada psixoloji gərginlik yaranmır?

- Belə deməzdim. Kapitan meydanda olmayanda bəzən futbolçularda özünəinam daha çox olur. Hansısa futbolçunun oynamaması məşqçiyə problem yaradır. Xüsusən də, əsas heyət üzvünün.
 
- Maksim Medvedev və Migel Madera da "Fiorentina" ilə görüşü buraxacaq. Sonuncu dəfə nə vaxt belə çətin durumda olmusunuz...

- "Zalsburq"la görüşü xatırlayıram. Reynaldo, Admir Teli qırmızı vərəqə aldı. Rəşad zədəli idi. Həmin vaxt məğlub olmuşduq. "İnter"lə görüşdə də belə halla üzləşmişdik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR