Araqla kompres etmək olarmı?

Araqla kompres etmək olarmı?
22:12 3 Dekabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Araq və bütün məstedici içkilər şəriətimizdə murdar sayılır və onların dəydiyi yer pak edilməlidir. Yaxşı olar ki, ümumiyyətlə xəstəlik zamanı araqla kompres olunmasın. Çünki əvvəla, kompresdən sonra onun dəydiyi hər yeri pak etmək problemi yaranır, bu isə xəstə adam üçün çətin və təhlükəlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, ikincisi, müqəddəslərimiz buyurmuşlar ki, şərab dərman deyil, dərddir. Kompres qoymağa ehtiyac varsa, bunun üçün sirkə kimi təbii pak maddələrdən və ya 95 faizli tibbi spirtdən istifadə etmək məsləhətdir. Tibbi spirt şəriət baxımından murdar sayılmır və onun dəydiyi yerləri pak etmək də tələb olunmur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR