Ronaldonu öldürmək istəyən snayper ələ keçdi - ŞOK OLAY (FOTOLAR)

Ronaldonu öldürmək istəyən snayper ələ keçdi -   ŞOK OLAY (FOTOLAR)
13:37 4 Dekabr 2016
256 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının dünyaca ünlü ulduzlarının ölümdən döndüyü ortaya çıxıb. 


Fanat.Az xəbər verir ki, Santyaqo Sançes Ramires adlı snayper madridlilərin futbolçularının və baş məşqçisinin şəkillərini snayper tüfəngi ilə çəkdiyi, ardından çap etdiyi məlum olub. 


Sözügedən snayper Kristiano Ronaldo, Qaret Beyl, İsko, Marselo, Serxio Ramos və Kərim Benzema ilə yanaşı komandanın çalışdırıcısı Karlo Ançelotti ilə klub prezidenti Florentino Peresin də şəkillərini ortaya çıxarıb. 


Onun şəkilləri klubun bazasının qarşısında saxladığı "Panelvan" tipli avtomobildən çəkdiyi məlum olub. Ramirez şəkilləri və içərisində "Ronaldonu öldürdüm!, Florentino Peresi öldürdüm!" sözləri deyilən videoları çəkdiyini etiraf edərkən, eyni zamanda klubun bazası önündəki təhlükəsizliyin zəif olduğunu da ortaya qoyub. 


Hadisələrin ardında klub aidiyyatı orqanlarla əlaqəyə girərək, bazanın təhlükəsizliyinin artırılması ilə bağlı müraciət ünvanlayıb. 


Polis də baş verənlərlə bağlı əməliyyat keçirərək, Ramiresin evinə basqın edib və oaradan komputerdəki bilgilərlə yanaşı, qanunsuz silahlar da aşkarlayıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldonu-oldurmk-istyn-snayper-l-kecdi-t54687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR