Rusiya prezidenti azərbaycanlı jurnalistə müsahibə verib - VİDEO

Rusiya prezidenti azərbaycanlı jurnalistə müsahibə verib - VİDEO
15:08 4 Dekabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin dekabrın 4-də azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Həftənin yekunları" verilişinin ("Итоги недели") qonağı olub.

Publika.az report.az-a istinadən bildirir ki, Putin müsahibə zamanı hazırda dünyada balansın tədricən bərpa olunduğunu, Rusiyanın beynəlxalq arenadakı bir çox tərəfdaşlarının beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başladıqlarını bildirib.

O qeyd edib ki, birqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar olub.
"Biz başqa ölçüdə yaşayırıq", - deyə o əlavə edib.
Prezident xatırladıb ki, Rusiya digər ölkələrin mövqelərinə hörmətlə yanaşır və bu, hətta o öz maraqlarını müdafiə edən zaman da belədir. Putin qeyd edib ki, Kreml eyni prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR