"Real"la "Barselona" 50 milyonluq ulduzu istəyir

"Real"la "Barselona" 50 milyonluq ulduzu istəyir
17:07 4 Dekabr 2016
220 İdman
Ölkə mətbuatı
A- A+

İki əzəli rəqib - "Barselona" və "Real" eyni futbolçuya elçi düşüb. Fanat.Az xəbər verir ki, İspaniya klubları "Mançester Yunayted"dən Antoni Martialı transfer etmək istəyr.


Bu barədə "The Sun" qəzeti məlumat yayıb. Joze Mourinyonun ilk "11-liy"ində özünə yer etməkdə çətinlik çəkən 20 yaşlı fransız ulduzun "Mançester Yunayted"dən getmək istədiyi deyilir.


"The Sun" iddia edir ki, Martialın parlaq gələcək vəd etdiyini düşünən "Barselona" və "Real" məqam gözləyir. Fransız futbolçu İngiltərə klubundan ayrılmaqla bağlı yekun qərar verən kimi hərəkətə keçməyi planlaşdırırlar.


Qeyd edək ki, Mourinyo Martiala bu mövsüm 14 rəsmi oyunda 800 dəqiqə şans verib. O, bu müddətdə 4 qol vurub. "Mançester Yunayted" bu futbolçunu 2015-ci ildə "Monako"dan 50 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 32 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotla-quotbarselonaquot-50-milyonluq-ulduzu-istyir-t54692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR