Azərbaycan Pakistan şirkətlərinin ölkədə fəaliyyəti üçün lazımi şəraiti yaratmağa hazırdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü zamanı deyib.
Nazir bildirib: "Pakistan şirkətləri Azərbaycanda sənaye, kənd təsərrüfatı, əczaçılıq kimi sahələrə maraq göstərirlər. Biz də öz növbəmizdə onların ölkəmizin ərazisində fəaliyyət göstərmələri üçün lazımi şəraiti yaratmağa hazırıq".
Milli.Az