"Rusiya ilə əməkdaşlığımızın enerji sahəsi çox vacibdir. Biz Moskvada ikitərəfli sərfəli layihələri, “Türk axını”nı müzakirə edəcik. Bizim parlament artıq bu sazişi təsdiqləyib, indi analoji addımı Rusiya Dumasından gözləyirik. Bizim Rusiya ilə qazın qiymətinə dair köhnə problemimiz var. Bu məsələni hər iki ölkənin enerji nazirləri müzakirə edəcək”, - B.Yıldırım deyib.
Qeyd edək ki, səfər çərçivəsində Binəli Yıldırım Rusiya baş naziri Dmitriy Medvedevlə, prezident Vladimir Putinlə və Federasiya Şurasının rəhbəri Valentin Matvienko ilə görüşlər keçirəcək. Sonra o Kazan şəhərini ziyarət edəcək və Tatarstan prezidenti Rüstəm Minnixanovla görüşəcək.