Sink gündəlik həyatımızda çox əhəmiyyətli bir yerә malikdir vә bədəndəki bir çox fermentin və hormonun istehsalında rol oynayan bir mineraldır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, uşaq doğulduğu andan etibarən inkişaf etməyə başlayır. Bu inkişafa təsir edən əsas komponentlər qidalanma və ətraf mühitdir. Sink bu inkişafa kömək edən bir mineraldır vә immun sisteminin nizamlı işləməsində, hüceyrənin əsas quruluşunun bərpasında, sümük toxumasının inkişafında rolu var.
Əgər qidalarla kifayət miqdarda sink alınmasa, bir çox problem ortaya çıxır: immunitet zəifləyir, infeksiyalara qarşı müqavimət azalır, yaraların sağalması çətinləşir. Sink çatışmazlığında saç problemləri də ortaya çıxır, saçlar daha asanlıqla qırılır və zəifləyir. Sink çatışmazlığı həmçinin dad və qoxu duyğularını da zәiflәdir. Qırmızı ət, qaraciyər, yumurta, dəniz məhsulları, lobya, noxud və fındıq bol miqdarda sinkdən ibarətdir.
Bu qidaları qəbul edərək, sink ehtiyacınızı ödəyə bilərsiniz.
Milli.Az