Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma səbətləri müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandalar qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinin qalibləri və ikinciləri kimi ayrı səbətlərə bölünüblər.

Qrup birinciləri: "Arsenal" (qrup "A", İngiltərə), "Napoli" ("B", İtaliya), "Barcelona" ("C", İspaniya), "Atletiko Madrid" ("D", İspaniya), "Monaco" ("E", Fransa), "Borussia Dortmund" ("F", Almaniya), "Leicester City" ("G", İngiltərə) və "Juventus" ("H", İtaliya).

Qrup ikinciləri: "Paris Saint-Germain" (qrup "A", Fransa), "Benfica" ("B", Portuqaliya), "Manchester City" ("C", İngiltərə), "Bayern Munich" ("D", Almaniya), "Bayer Leverkusen" ("E", Almaniya), "Real Madrid" ("F", İspaniya), "Porto" ("G", Portuqaliya) və "Sevilla" ("H", İspaniya).

Bu mərhələdə komandalar öz qrupundan və təmsil etdiyi ölkədən hər hansı bir klubla qarşılaşa bilməzlər.

1/8 final mərhələsinin ilk matçları fevralın 14-15-də və 21-22-də, cavab qarşılaşmaları isə martın 7-8-də və 14-15-də oynanılacaq.

Çempionlar Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 12-də keçiriləcək.

Milli.Az