Bakı. 20 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
"Report" xəbər verir ki, Fond sahibkarlardan ixtisaslaşdırılmış yaşıl marketin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq, soya əkini və istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.
Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. telefon: (012) 434-74-29. faks: (012) 432-37-17. e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.