“Tərlan Əhmədov çox şey deyə bilər” - Fariz Yusifov

“Tərlan Əhmədov çox şey deyə bilər” -   Fariz Yusifov
20:07 21 Dekabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda evdə “Qəbələ”yə uduzan (0:1) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında görüşün baş hakimi Fariz Yusifovu ittiham etdi və onu qərəzli olmaqda günahlandırdı. 

Oyun başa çatdıqdan sonra qısa açıqlama verən referi isə bu ittihamları qəbul etməyib:


“Tərlan Əhmədov çox şey deyə bilər. Çünki o baş məşqçidi. Ancaq siz də kənardan baxdınız. Özünüz qiymət verə bilərsiniz. Baş məşqçidi, əsəbləşir, beyni qızır. Onu da qınamıram. Hamınız gördünüz, uşaqlar, Azərbaycan futbolunda qərəz yoxdu”.(futbolinfo.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-trlan-hmdov-cox-ey-dey-bilr-t55077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR