Qış çəkmələrinizi bu cür kombinə edin - DƏB MƏSLƏHƏTİ

Qış çəkmələrinizi bu cür kombinə edin - DƏB MƏSLƏHƏTİ
21:27 21 Dekabr 2016
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dizüstü çəkmələr, yarım botlar qışda geyinilən ayaqqabılardır. Bəs hansı çəkmə necə geyinilməlidir? Milli.Az lent.az-a istinadən çəkmələrin kombinələri ilə sizi tanış edir.

Dizaltı çəkmələr
 
Dizaltı çəkmələrlə ən yaxşı kombinə edə biləcəyiniz geyim uzun ətəklərdir. Gözəl bir görünüş üçün ətəyinizin çəkmələrin üst qismini örtməsinə çalışın.

Dizüstü çəkmələr
 
Qış gəldikdə mini ətək qarderobda qalmamalıdır. Dizüstü çəkmələr ayaqlarınızı kifayət qədər isti saxlayacaq. Ayaqlarınızın kifayət qədər uzun görünməsini istəyirsinizsə corab, ətək və çəkmələr eyni rəngdə olmalıdır.

Uzun çəkmələr
 
Ayaqlarınız uzun deyilsə, baldırınızın ortasına qədər uzanan çəkmələr geyinmək bir az riskli ola bilər. Uzun çəkməni ətək və ya donla geyinəcəksinizsə hər zaman hündürdaban olanını seçim edin.

Yarım çəkmələr
 
Uzun çəkmələrin əksinə olaraq, yarım çəkmələr hər paltarla geyinilə bilər.

Hündürdaban yarım botlar
 
Hər zaman geyinməyi şouya çevirməyin tərəfdarısınızsa, hündürdaban yarım çəkmələrin iti uclu olanlarını seçin. İsti hava günlərində klassik hündürdaban ayaqqabılarınızla etdiyiniz kombinləri soyuq havada iti uclu hündürdaban çəkmələrlə də edə bilərsiniz.

Postal
 
Küçə stilinə rahatlıq qatmaq üçün kombinənizi postallarla tamamlaya bilərsiniz. Gündəlik kombinlərinizdə qısa balaqlı cins şalvarlarla geyinmək olar. Və ya dəri pencəklə parıldayan paltarın altından geyərək gözəl bir kontrast yarada bilərsiniz.

Qar çəkmələr
 
Böyük, tüklü qar çəkmələrinizi kombinə edərkən bədən quruluşunuzu nəzərə almalısınız. Məsələn, üst geyiminiz gen pançodursa, şalvarınız dar olmalıdır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/499523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR