Yeni ekzoplanet TAPILDI

Yeni ekzoplanet TAPILDI
09:52 22 Dekabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Astronom yeni kəşf etdiyi ekzoplanetə Proxima b adını verib.

Milli.Az technote.az-a istinadən xəbər verir ki, "Nature" elmi jurnalının 2016-cı il Top-10 alimlər siyahısına daxil olmuş ispaniyalı Gillem Anqlada-Eskude yeni ekzoplanet kəşf edib. Onun sözlərinə əsasən, yeni kəşf etdiyi ekzoplanetdə buz, buludlar və bitkilər mövcuddur. "Mənim təsəvvürümdə Proxima b Mars-a bənzəyir. Lakin bizim sistemimizdəki Mars-dan fərqli olaraq Proxima b-də buz, buludlar və bitkilər var", - deyə o qeyd edib. Həmçinin alim qeyd edib ki, Proxima b-nin səthi okeanla əhatə oluna bilər. Alim həmin ekzoplanetə kosmik aparatın göndərilməsi ideyasının vacibliyini də bildirib. Proxima b-də 1 il 11.2 Yer sutkasına bərabərdir. Onun kütləsi Yer kütləsindən 1.3 dəfə böyükdür. Səthindəki temperatur isə 0 dərəcəyə bərabərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR