Azərbaycan millisinin rəqibi laləyə görə cərimədən apellyasiya verməyəcək

Azərbaycan millisinin rəqibi laləyə görə cərimədən apellyasiya verməyəcək
11:17 22 Dekabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Şimali İrlandiya Futbol Assosiasiyası (İFA) FİFA tərəfindən verilən cəza ilə bağlı apellyasiya verməyəcək. "Report"un məlumatına görə, bu barədə qurumun iclasında qərar qəbul edilib.
İFA noyabrın 11-də evdə Azərbaycan millisi ilə keçirdikləri 2018-ci il dünya çempionatının seçmə qrup oyununda futbolçuların futbolkalarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan lalənin təsviri ilə çıxmasına dair FİFA-dan icazə aldığını bəyan edib. Bununla belə, yerli federasiyaya ali futbol qurumundan 14 min avro cərimə kəsilib. İFA bu cəriməni ödəyəcək, amma məsələyə aydınlıq gətirmək üçün FİFA prezidentinə məktub yazılacaq.
Qeyd edək ki, FİFA bu əlaməti siyasi rəmz hesab etdiyindən onun idman geyimində əks olunmasına icazə vermir. Ali futbol qurumunun bayrağı altında keçirilən yarışlarda siyasi, dini və kommersiya məqsədli atributlara, eləcə də çıxışlara icazə verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-reqibi-apellyasiya-sikayeti-vermeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR