İrandan İraq daxilindəki İŞİD qruplaşmasına xəbərdarlıq

İrandan İraq daxilindəki İŞİD qruplaşmasına xəbərdarlıq
13:28 6 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

"İraq torpağının içərisində İran sərhədinə 40 kilometr məsafədə terrorçu qruplar üçün qırmızı xətt çəkmişik və onlar bu xətti keçərsə, İran ordusu onları məhv edəcək". Bunu İran Silahlı Qüvvələri Quru Qoşunlarının komandiri, briqada generalı Əhmədrza Purdəstan deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin quru qoşunları sərhəddə tam hazır vəziyyətdədir: “İŞİD terrorçu qrupları bizim mesajlarımızı alıb və nəzərdə tutulan ərazidən uzaqlaşıb. İraq ərazisində terrorçu qrupların hərəkətlərini izləyirik və onların iş qaydaları ilə tanışıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR