Səddam Hüseynin qızından Tramp haqqında inanılmaz sözlər

Səddam Hüseynin qızından Tramp haqqında inanılmaz sözlər
16:33 22 Dekabr 2016
454 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İraqı işğal etməsindən sonra devrilən Səddam Hüseynin qızı Raghad Hüseyn atasının ölümündən sonra ilk dəfə müsahibə verib.

Publika.az xəbər verir ki, CNN-ə danışan xanım Hüseyn İraqda baş verənlərin səbəbkarının ABŞ olduğunu deyib.

ABŞ-ın yeni prezidenti Donald Tramp haqqında danışan R.Hüseyn onu tərifləyib.

“Bu adam yeni liderdir, amma görünən odur ki, yüksək səviyyəli siyasi həssaslığı var. Yerinə keçəcəyi şəxslə arasındakı böyük fərq budur. Digərlərinin səhvlərini üzə çıxartdı, xüsusilə də İraqda baş verənləri. Bu da onun İraqdakı səhvlərin və atamın başına gətirilənlərin fərqində olduğunu göstərir”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR