Azad Rəhimov: "Olimpiadadakı medallar Azərbaycanda cüdonun kütləviliyinə şərait yaradacaq"

Azad Rəhimov: "Olimpiadadakı medallar Azərbaycanda cüdonun kütləviliyinə şərait yaradacaq"
17:52 22 Dekabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı İdman Sarayında cüdo üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, yarışın açılış mərasiminə qatılan gənclər və idman naziri Azad Rəhimov cüdonun ölkə idman növləri arasında tutduğu mühüm roldan danışıb.
O bildirib ki, il ərzində bu növ üzrə bir çox uğurlar qeydə alınıb. Nazir bu baxımdan, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 2 gümüş medalın qazanıldığını xatırladıb. A.Rəhimov olimpiadalar tarixində ilk dəfə gümüş medalların əldə olunduğunu vurğulayıb. Onun fikrincə, olimpiadada, Avropa və dünya çempionatlarında göstərilən nəticələr cüdonun kütləviliyinə xidmət edəcək, bölgələrdə də yeni istedadların yetişməsinə şərait yaradacaq. Sonda nazir yarış iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli də 450 kişi və qadın cüdoçunun qatıldığı ölkə çempionatının gərgin və maraqlı mübarizə şəraitində yetişməsinə imkanlar yaradacağını bildirib. Daha sonra o, çempionatı açıq elan edib.
Qeyd edək ki, açılış mərasimindən sonra müxtəlif çəki dərəcələri üzrə bütünc medal və final görüşlərinə start verilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azad-rehimov-olimpiadadaki-medallar-azerbaycanda-cudonun-kutleviliyine-serait-yaradacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR