AQC sədri: "İl ərzində 60-70 milyon damazlıq yumurta istehsal edilir"

AQC sədri: "İl ərzində 60-70 milyon damazlıq yumurta istehsal edilir"
21:27 22 Dekabr 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 22 dekabr. REPORT.AZ/ "Hazırda Azərbaycanın quşçuluq təsərrüfatları damazlıq yumurtaya olan təlabatın 60-70 faizini istehsal edir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev deyib.
O bildirib ki, Azərbaycanın müəssisələrində il ərzində damazlıq yumurta təlabatı 100 milyondur: "Ölkədə 7-8 damazlıq yumurta istehsalı ilə məşğul olan müəssisə fəaliyyət göstərir. İl ərzində 60-70 milyon damazlıq yumurta istehsal olunur. Damazlıq yumurta ehtiyacı isə 100 milyondur. Damazlıq yumurtanın bir ədədinin qiyməti bazara uyğun olaraq 40-50 qəpik arasında dəyişir".
A.Vəliyev vurğulayıb ki, əlavə ehtiyac olan damazlıq yumurta Avropa ölkələrindən, əsasən isə Türkiyədən gətirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/aqc-sedri-i-l-erzinde-60-70-milyon-damazliq-yumurta-istehsal-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR