"Boyarışnik"dən ölənlərin sayı 74-rə çatdı

"Boyarışnik"dən ölənlərin sayı 74-rə çatdı
07:34 23 Dekabr 2016
306 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 74 nəfərə çatıb.

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib. Məlumata  görə, ümumilikdə konsentratdan 122 nəfər zəhərlənib. 31 nəfər isə stasionar müalicədədir.

 

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR